SİYASƏT


Madriddə Zəfər Günü münasibətilə qəbul keçirilib

Noyabrın 8-i İspaniyanın paytaxtında Azərbaycanın Zəfər Günü münasibətilə qəbul keçirilib.Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə dövlət strukturlarının və beynəlxalq təşkilatların nümayəndələri, İspaniyada akkreditə olunmuş diplomatik korpusun rəhbərləri və əməkdaşları, İspaniya ictimaiyyətinin görkəmli nümayəndələri, soydaşlarımız, yerli kütləvi informasiya vasitələri iştirak ediblər.