Koreya Respublikasında Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib
09.11.2021 [20:38]
Xəbərin mətni
Azərbaycanın Koreya Respublikasındakı səfirliyi 8 Noyabr - Zəfər Günü münasibətilə Seul şəhərində yerləşən "Üzən ada" konvensiya mərkəzində rəsmi qəbul keçirib.Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Koreya Respublikasının ictimai-siyasi xadimləri, Seulda akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri, nüfuzlu ali təhsil müəssisələrinin rəhbər və professorları, kütləvi informasiya vasitələrinin təmsilçiləri, tanınmış jurnalistlər, şirkətlərin və biznes assosiasiyaların rəhbərləri, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar iştirak ediblər.