Zəfər Günü Tehranda təntənəli şəkildə qeyd olunub
09.11.2021 [21:14]
Xəbərin mətni
Noyabrın 8-də Tehrandakı “Espinas” otelində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyi tərəfindən 8 Noyabr - Zəfər Günü ilə bağlı rəsmi qəbul təşkil olunub.Tədbirdə İran Xarici İşlər Nazirliyinin və digər dövlət qurumlarının rəsmi şəxsləri, xarici ölkələrin İrandakı səfirləri, hərbi attaşeləri və diplomatları, ziyalılar, sənət adamları, Tehranda yaşayan azərbaycanlılar, kütləvi informasiya vasitələrinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.