Azərbaycan Dövlət İnformasiya Agentliyi

On bir yaşlı gimnast Budapeştdə qazandığı qələbəsini Zəfər Günümüzə həsr edib

10.11.2021 [10:21]

Xəbərin mətni

Macarıstanın paytaxtı Budapeşt şəhərində Bədii Gimnastika üzrə XII ənənəvi Beynəlxalq “Yeni il” kuboku uğrunda yarışlar keçirilib.
AZƏRTAC xəbər verir ki, turnirdə Macarıstanla yanaşı, İtaliya, Kipr, İsrail, Ukrayna, Slovakiya, Çexiya, Latviya, Rusiya, Gürcüstan, Misir, Avstriya, Xorvatiya, İrlandiya və Türkiyənin 25 idman klubundan 400-ə yaxın gimnast iştirak edib. Həmyerlimiz - artıq yalnız qələbələrinə adət etdiyimiz on bir yaşlı Mina Abbasova bu dəfə də üçrəngli bayrağımızı zirvəyə qaldıraraq halqa və alətsiz çıxışları ilə ən yüksək bal toplayıb.