MƏDƏNİYYƏT


Zəfər Günü münasibətilə Ağdamda etüd-sərgi təşkil edilib

Zəfər Günü münasibətilə işğaldan azad edilmiş Ağdam şəhərində “Vətənpərvərlik etüdləri” lahiyəsi çərçivəsində “Ağdamın mənzərələri” adlı etüd-sərgi təşkil edilib.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşəbbüsü ilə həyata keçirilən sərgidə Azərbaycan Rəssamlar İttifaqının 14 üzvünün əsərləri nümayiş olunub. Sözügedən rəssamlar Təranə Musayeva, Mənsur Əsgərli, Minə Məmmədova, Sevinc Kərimova, Pərviz Mahmudov, İntiqam Cəfərov, Elçin Nəsirov, Hüseyn Haqverdiyev, Rəşad Cabbarov, Vüqar Əliyev, Həsənağa Məmmədov, Asif Rzayev, İsa Məmmədov və Misir Maxsudlu olub.