SİYASƏT


Zəfər Günündə Paris yaxınlığındakı qəbiristanlıqlarda uyuyan azərbaycanlıların məzarları ziyarət olunub

8 Noyabr-Zəfər Günündə Azərbaycanın Fransadakı səfirliyinin və UNESCO yanında Daimi nümayəndəliyimizin diplomatları Sən -Klu, Bobinyi və Monparnas qəbiristanlıqlarında uyuyan ilk azərbaycanlı respublikaçıların qəbirlərini ziyarət ediblər.AZƏRTAC xəbər verir ki, ziyarətdə səfir Rəhman Mustafayev, UNESCO yanında daimi nümayəndə, səfir Elman Abdullayev, Milli Məclisin deputatları Soltan Məmmədov və Eldar Quliyev, Sən-Klu merinin birinci müavini Seqolen dö Larmina, eləcə də diplomatlarımız və diaspora üzvləri iştirak ediblər.