SİYASƏT


Azərbaycanın ərazi bütövlüyünün bərpası bütün türk dünyası üçün mühüm hadisədir

Noyabrın 8-də Qazaxıstanın paytaxtı Nur-Sultanda Azərbaycanın Zəfər Günü ilə əlaqədar rəsmi qəbul təşkil edilib. Qəbulda diplomatik missiya rəhbərləri və diplomatlar, Senatın üzvləri, ictimai-siyası xadimlər, Azərbaycan diasporunun nümayəndələri və KİV əməkdaşları iştirak ediblər.AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan və Qazaxıstan Dövlət himnləri səsləndirilib.