SİYASƏT


Zəfər Günü Londonda təntənəli şəkildə atəşfəşanlıqla qeyd edilib

8 Noyabr - Zəfər Günü münasibətilə Londondakı Fəxri Artilleriya Muzeyində ziyafət təşkil edilib.
AZƏRTAC xəbər verir ki, 100 nəfərdən çox qonağın qatıldığı tədbir Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Britaniyadakı hərbi attaşelik aparatının təşkilatçılığı və Azərbaycanın Britaniyadakı səfirliyinin dəstəyi ilə keçirilib.
Tədbirdə Britaniya Parlamentinin üzvləri, Londonda akkreditə olunmuş bir çox səfirliklərin nümayəndələri, o cümlədən Azərbaycana dost dövlətlərin səfirləri, çoxsaylı ölkələrin hərbi attaşeləri, media nümayəndələri, Britaniyadakı Azərbaycan diasporunun fəalları iştirak ediblər.