MƏDƏNİYYƏT


Praqada Azərbaycanın Zəfər bayramına həsr olunmuş tədbir keçirilib

Azərbaycan Respublikasının Çex Respublikasındakı səfirliyinin təşkilatçılığı ilə keçirilən qəbulda Çexiya parlamentinin və digər dövlət strukturlarının nümayəndələri, Çexiyada akkreditə olunmuş 20-dən çox diplomatik nümayəndəliyin rəhbərləri və əməkdaşları, habelə Çexiya ictimaiyyətinin görkəmli nümayəndələri və soydaşlarımız iştirak ediblər.