Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Şanxay sərgisində Azərbaycan məhsullarına maraq böyükdür

10.11.2021 [15:43]

Azərbaycan növbəti dəfə dünyada idxal məhsullarının və xidmətlərinin təqdim olunduğu ölkə səviyyəsində ən böyük sərgi olan Çin Beynəlxalq İdxal Sərgisində iştirak edib. Çin Xalq Respublikaısnın Sədri Si Cinpinin himayəsi ilə keçirilən sərgi 400 milyon nəfər orta gəlirli əhalisi olan Çinə idxal məhsullarının və xidmətlərinin girişini təşviq etmək və bu işə dəstək məqsədi daşıyır.