MƏDƏNİYYƏT


Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada “Xarıbülbül” rəsm sərgisi açılıb

Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada Zəfər Gününə həsr olunmuş “Xarıbülbül” rəsm sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Botanika bağında açılan sərgi çərçivəsində Xarıbülbül çiçəyi əkilmiş dibçəklər bağa hədiyyə edilib.