Azərbaycan Dövlət İnformasiya Agentliyi

Alı Mustafayev küçəsi əsaslı şəkildə təmir edilib

11.11.2021 [15:06]

Xəbərin mətni

2021-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Nəsimi rayonu ərazisində 800 metr uzunluğa malik Alı Mustafayev küçəsinin yan yollarında, 3 mikrorayon dairəsindən “Xutor dairəsi” adlanan əraziyədək olan hissəsində agentlik tərəfindən yenidənqurma işləri aparılıb.
2 hərəkət zolaqlı olmaqla, eni ortalama 8 metr təşkil edən Alı Mustafayev küçəsinin sözügedən hissəsinin uzun müddət təmir edilməməsi hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi.
Layihə çərçivəsində vətəndaşların küçənin kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün mövcud piyada səkiləri bərpa olunub, yeni səki daşları düzülüb. Küçə boyu köhnə örtük yeni asfalt-beton örtüyü ilə əvəz olunub.