Əbu-Dabidə Azərbaycanın Zəfər Günü qeyd edilib
12.11.2021 [10:29]
Xəbərin mətni
Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfirliyinin təşkilatçılığı ilə noyabrın 8-də paytaxt Əbu-Dabidə Azərbaycanın Zəfər Günü münasibətilə tədbir keçirilib.Səfirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə Türkiyə Prezidentinin maliyyə ofisinin müdiri Göksel Aşan fəxri qonaq qismində, BƏƏ-də akkreditə olunmuş diplomatik korpusun rəhbərləri və əməkdaşları, ictimaiyyət nümayəndələri, bu ölkədə yaşayan soydaşlarımız iştirak ediblər.