SİYASƏT


Cenevrədə Zəfər Günü və Bayraq Günü münasibətilə rəsmi tədbir keçirilib

İsveçrənin Cenevrə şəhərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) baş qərargahında Zəfər Günü və Bayraq Günü münasibətilə rəsmi tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyinin təşkil etdiyi tədbirdə Cenevrədə akkreditə olunmuş diplomatik korpusun üzvləri, beynəlxalq təşkilatların təmsilçiləri, akademik və biznes dairələrinin nümayəndələri iştirak ediblər.