Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kürdəmirdə 2 kəndi birləşdirən yolun yenidən qurulması yekunlaşır

12.11.2021 [14:53]

Kürdəmir rayonunun Qarasaqqal-Cəyli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Prezidentin Sərəncamına uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidənqurma işləri sürətlə davam etdirilərək yekunlaşdırılır.