İQTİSADİYYAT


Şərqi Zəngəzur və Qarabağda heyvanlar arasında dabaq xəstəliyindən azad zona yaradıla bilər

Ərazilərimiz işğaldan azad olunandan və sərhədlərimiz bərpa edildikdən sonra artıq heyvan xəstəliklərindən, xüsusilə də dabaq xəstəliyinə görə, xəstəlikdən azad zona ilə bağlı təşəbbüs irəli sürülüb. Bu fikirləri Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev deyib. Onun sözlərinə görə, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında dabaq xəstəliyindən azad zonanın yaradılması ilə bağlı təşəbbüslə çıxış etmək nəzərdə tutulub.