SİYASƏT


UNESCO Azərbaycanın irəli sürdüyü “Mədəniyyət naminə sülh” təşəbbüsünə qoşulmağa dəvət edilib

UNESCO-nun Baş Konfransı çərçivəsində Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov qurumun Baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Qabriela Ramos ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə ölkəmizlə UNESCO arasında sosial və humanitar elmlər sahəsində əlaqələrə dair fikir mübadiləsi aparılıb.