Azərbaycan Dövlət İnformasiya Agentliyi

UNESCO-nun mənzil-qərargahında qurumun 75 illiyi qeyd edilib

13.11.2021 [16:20]

Xəbərin mətni

İkinci Dünya müharibəsinin səbəb olduğu mənəvi və maddi dağıntıları aradan qaldırmaq, bəşəriyyətin intellektual və mənəvi həmrəyliyi əsasında sülhün bərpası məqsədilə 75 il əvvəl UNESCO-nun yaradılmasının ildönümü Baş Konfransın 41-ci sessiyası çərçivəsində Parisdə qurumun mənzil-qərargahında təntənə ilə qeyd edilib.AZƏRTAC xəbər verir ki, tədbirdə bir çox ölkələrin dövlət və hökumət başçıları, qurumda akkreditə olunmuş daimi nümayəndəliklərin rəhbərləri, diplomatlar iştirak ediblər.