MƏDƏNİYYƏT


İstanbulda Zəfərimizin ildönümü və Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə musiqi axşamı keçirilib

İstanbulda 44 günlük Vətən müharibəsində əldə edilən şanlı Zəfərin birinci ildönümü və dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə musiqi axşamı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir ölkəmizin İstanbuldakı Baş Konsulluğu və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı ilə baş tutub.
Konsertdə fondun himayəsi altında yaradılan “Dədə Qorqud” kamera orkestrinin ifasında ölkəmizin Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Niyazi, Asəf Zeynallı, Qara Qarayev, Vaqif Adığözəlov, Həsən Rzayev, Arif Məlikov, Fərhad Bədəlbəyli kimi görkəmli musiqiçilərinin əsərləri səsləndirilib.