MƏDƏNİYYƏT


Praqada Zəfər Gününə həsr edilmiş konsert olub

Praqada “Şöhrətə gedən yolda yeddi gözəl” ("Seven beauties towards Glory") mövzusunda qala-konsert olub. AZƏRTAC xəbər verir ki, konsert Praqanın tarixi mərkəzi sayılan Vinoqradıdakı Milli Evin (NÁRODNÍ DŮM NA VINOHRADECH) binasında keçirilib.
1894-cü ildə inşa edilmiş Milli Ev o vaxtdan Praqa sakinlərinin mədəni həyat mərkəzinə çevrilib. Burada dünyəvi tədbirlər keçirilir. Bu dəfə muzey binasının divarları arasında 2020-ci il Vətən müharibəsində Azərbaycan xalqının Zəfər Gününə həsr edilmiş klassik musiqi konserti keçirilib.