Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Keşikçidağ” qoruğuna gedən yeni avtomobil yolunun inşası davam etdirilir

15.11.2021 [11:17]

Xəbərin mətni

Dövlət başçısının tapşırığına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən turizmin inkişafı və yeni turizm marşrutlarının yaranmasına gətirib çıxaracaq yol infrastrukturu layihələrinin icrası həyata keçirilir. Məhz bu çərçivədə Ağstafa rayonunda “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğuna gedən yeni avtomobil yolunun inşası davam etdirilir.