MƏDƏNİYYƏT


ABŞ-da “Qarabağın ritmi” adlı xeyriyyə konserti keçirilib

ABŞ-ın Virciniya ştatında Zəfər Günü münasibətilə “Qarabağın ritmi” (“Rhythm of Karabakh”) adlı xeyriyyə konserti keçirilib.AZƏRTAC xəbər verir ki, "United Charities for Azərbaycan" tərəfindən təşkil olunan konsertdə Birləşmiş Ştatlarda yaşayan görkəmli azərbaycanlı musiqi xadimləri - pianoçu Nərgiz Əliyarova, Ruslan Ağababayevin rəhbərlik etdiyi caz-trio, Xan Bəylinin rəhbərlik etdiyi etno-pop-rok qrupu çıxış edib.