İQTİSADİYYAT


İmişlidə pambıq tarlalarından 16 min ton məhsul toplanıb

İmişlidə pambıq tarlalarından 16 min ton məhsul tədarük edilib. Builki hədəf hər hektara 27 sentner olmaqla ümumilikdə 20 min tondan çox pambıq toplamaqdır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, İmişlidə pambıq yığımı davam edir. Son illər pambıq məhsuluna dövlət dəstəyinin olması fermerlərin də bu sahəyə olan marağını artırıb. Nəticədə təkcə İmişli rayonu üzrə cari ildə 1272 fermer pambıq becərib.