SİYASƏT


Seulda "Qarabağ Azərbaycandır!" adlı məlumatlandırma aksiyası keçirilib

Koreya Respublikasının paytaxtı Seulda "Qarabağ Azərbaycandır!" adlı məlumatlandırma aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycanın Koreya Respublikasındakı səfirliyinin dəstəyi, “Buta” Azərbaycan-Koreya Dostluq Assosiasiyasının təşkilatçılığı ilə keçirilmiş kampaniya ölkəmizin 44 günlük Vətən müharibəsində qazandığı Zəfərin ildönümünə həsr olunub.