Azərbaycan Dövlət İnformasiya Agentliyi

Basqal-Sulut avtomobil yolunun inşası rahat gediş-gəlişi təmin edib

16.11.2021 [14:50]

Xəbərin mətni

İsmayıllı rayonunda yenicə istifadəyə verilmiş Basqal-Sulut avtomobil yolu rahat gediş-gəlişi təmin etməklə yanaşı, əhatə etdiyi 11 yaşayış məntəqəsində kənd təsərrüfatı və turizmin inkişafına, yol boyu yaşayan əhalinin sosial rifah halına müsbət təsir etmiş olacaq.
Başlanğıcını respublika əhəmiyyətli Muğanlı-İsmayıllı yolunun 17-ci km-dən götürən Basqal-Sulut avtomobil yolunun inşası Prezident İlham Əliyevin 2020-ci ilin iyul ayında imzaladığı Sərəncama uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılıb.
Avtomobil yolunun uzunluğu 30.1 kilometr, hərəkət hissəsinin eni isə 6 metrdir. Yol üzərində 4 yeni avtomobil körpüsü də inşa edilib. 2 hərəkət zolaqlı yol 4 min nəfər əhalinin yaşadığı Basqal, Qıçatan, Tağlabiyan, Kəlfərəc, Zeyvə, Kürdüvan, Xankəndi, Mücü, Sərsurə, Kələzeyvə və Sulut kəndlərini birləşdirir.