Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan və İsrail aqrar tədqiqatlar və kadr hazırlığı sahəsində əməkdaşlığı genişləndirəcək

17.11.2021 [12:14]

Xəbərin mətni

Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimovun rəhbərlik etdiyi nümayəndə heyətinin İsrailə səfəri davam edir. Səfər çərçivəsində Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimovla İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Oded Forer arasında ikitərəfli görüş keçirilib.