Fermer taxıl sahəsini sığortalamaq üçün nə qədər ödəyəcək?
17.11.2021 [14:28]
Xəbərin mətni
Aqrar Sığorta Fondu respublikanın regionlarında taxıl (buğda və arpa) sahələrinin sığortalanmasına həsr olunmuş videoçarx hazırlayıb. Videoçarxda ölkənin ayrı-ayrı bölgələrində 1 hektar taxıl sahəsinin sığortalanması üçün fermerlərin ödəyəcəyi məbləğlər sadalanır.Fonddan AZƏRTAC-a bildiriblər ki, Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta çərçivəsində əkin sahələrinin sığortalanması üçün sığorta haqları hesablanarkən əkin sahəsinin yerləşdiyi region, məhsuldarlıq və məhsulun qiyməti nəzərə alınır.