MƏDƏNİYYƏT


Qırx dörd günlük Vətən müharibəsinə həsr edilən ilk fotojurnalın təqdimatı olub

Noyabrın 17-də Bakıda tanınmış fotoqraflar Roman İsmayılov, Əziz Kərimov və Ehtiram Jabinin İkinci Vətən müharibəsində lentə aldığı fotolardan ibarət jurnalın təqdimat mərasimi keçirilib.AZƏRTAC xəbər verir ki, şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan mərasimdə ictimaiyyət nümayəndələri, ziyalılar, jurnalistlər, hərbçilər, diplomatlar, din xadimləri iştirak ediblər.