SİYASƏT


Braziliyalı senator ölkəsi ilə Azərbaycan arasında əməkdaşlıq sazişinin imzalanmasının mümkünlüyünü bildirib

Azərbaycan-Braziliya Parlamentlərarası Dostluq Qrupunun sədri senator Antonio Anastasiya Braziliyanın Federal Senatında bir həftə öncə Azərbaycana səfərinin təəssüratlarını bölüşüb.AZƏRTAC xəbər verir ki, senator Azərbaycana səfəri barədə məlumat verib, işğaldan azad olunan Qarabağ torpaqlarında Braziliyanın kənd təsərrüfatı sahələrində əməkdaşlıq vasitəsilə bərpa və yenidənqurma işlərində iştirak imkanlarından danışıb. Qeyd olunub ki, Ermənistan ilə uzun sürən münaqişədən sonra Qarabağ yenidən Azərbaycana qayıdıb.