Lənkəranda kanal və kollektorlarda təmir-bərpa və lildən təmizləmə işləri davam etdirilir
19.11.2021 [11:30]
Xəbərin mətni
Cənub bölgəsində suvarma mövsümü artıq geridə qalıb. Suvarma suyunun sahələrə maneəsiz çatdırılması və izafi suları kənarlaşdırmaq üçün Lənkəran rayonu ərazisində görülmüş işlər öz bəhrəsini verdi. Hazırda növbəti suvarma mövsümünə hazırlıq işləri və sel təhlükəsinə qarşı qabaqlayıcı tədbirlərin icrası davam etdirilir.
AZƏRTAC xəbər verir ki, Lənkəranda sahələrin suvarılması Yuxarı Xanbulançay Hidroqovşağı İstismar İdarəsi tərəfindən həyata keçirilir və əsasən 3 suvarma mənbəyindən istifadə olunur - Xanbulançay su anbarı, Lənkərançay və sututarlar. Suvarma suyuna olan tələbatın böyük hissəsini ümumi tutumu 52 milyon kubmetr olan Xanbulançay su anbarı ödəyir.