SİYASƏT


Elşad İskəndərov: Regiondakı yeni reallıq yeni yanaşmalar tələb edir

Üçtərəfli Bəyanatın şərtlərinin yerinə yetirilməsi regionda təhlükəsizlik və əməkdaşlıq üçün çox mühümdür. Azərbaycanın və Rusiyanın bu məsələdə maraqları üst-üstə düşür.AZƏRTAC xəbər verir ki, bu fikirləri Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov Rusiya-Azərbaycan Ekspert Şurasının noyabrın 19-da Bakıda keçirilən iclasında söyləyib.