Son yüz ilin ən uzun ay tutulması baş verib
19.11.2021 [16:08]
Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının elmi işçisi Əminə Hümbətovanın sözlərinə görə, Bakı vaxtı ilə saat 11:18:41-də başlayan tutulma hadisəsi saat 14:47:04-də başa çatıb və ümumlikdə 3 saat 28 dəqiqə davam edib.