CƏMİYYƏT


Sabah ölkə ərazisində hava əsasən yağmursuz olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər saatlarında yarımadanın bəzi yerlərində zəif duman olacaq. Cənub küləyi əsəcək, gündüz mülayim şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 6-9°, gündüz 12-16° isti, Bakıda gecə 7-9°, gündüz 13-15° isti olacaq.