MƏDƏNİYYƏT


Xarkovda azərbaycanlı heykəltəraş Seyfəddin Qurbanovla vida mərasimi keçirilib

Ukraynanın Xalq rəssamı, Azərbaycanın Əməkdar rəssamı, azərbaycanlı heykəltəraş Seyfəddin Qurbanovla Xarkov şəhərində vida mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, dəfn mərasimində Xarkov şəhər merinin birinci müavini Aleksandr Novak, merin səhiyyə məsələləri üzrə müavini Svetlana Qorbunova Ruban, ölkəmizin Ukraynadakı səfirliyinin müşaviri Sabir Rzayev, ikinci katibi Samir Allahverdiyev, Azərbaycan və Qazaxıstanın Xarkovdakı fəxri konsulları Əfqan Salmanov, Emin Nəcəfov, Xarkov Diplomatik Akademiyasının fəxri prezidenti Sergey Çernov və Azərbaycanın diaspor rəhbərləri, soydaşlarımız iştirak ediblər.