İQTİSADİYYAT


Xaçmazda torpaq kanalın 3 min metrdən çox hissəsi beton üzlüyə alınıb

Ölkəmizin ən böyük kənd təsərrüfatı rayonlarından olan Xaçmazda yeni suvarma mövsümünə hazırlıq işləri aparılır. Artıq rayon ərazisində üç min metrdən artıq torpaq məcralı kanal beton üzlüyə alınıb.
Azərbaycan Meliorasiya və su Təsərrüfatı ASC-nin nümayəndəsi Xaləddin Məlikov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Xaçmaz rayonu ərazisində suvarılan torpaqların ümumi sahəsi 50 min 290 hektardır. Bu torpaq sahələri kanallar, çaylar, qarasular və bir qismi də artezian suları ilə suvarılır. Su mənbələri isə Samur-Abşeron və Xan arxı kanalıdır.