İQTİSADİYYAT


Masallıda hektara 70 ton məhsul verən çiyələk sortu əkilir

Ölkə daxilində və xarici bazarlarda tələbat çox olduğundan Masallıda çiyələk əkininə maraq ildən-ilə artır. Bir neçə gündür rayonda növbəti ilin məhsulu üçün əkinə başlanılıb. Fermerlər əkin zamanı daha məhsuldar sortlardan istifadə edirlər.
AZƏRTAC xəbər verir ki, Şərəfə kənd sakini Rafət Abbasov uzun illərdir 20 hektar sahədə taxıl, pomidor, çiyələk və digər kənd təsərrüfatı bitkiləri əkir. O, gəlirli sahə olduğundan çiyələk əkininə daha çox üstünlük verir.