İQTİSADİYYAT


Göygöl rayonunda əkin sahələrinin suvarılması daha da yaxşılaşacaq

Suvarma mövsümün başa çatmasına baxmayaraq, Göygöl Suvarma Sistemləri İdarəsi işlərini davam etdirir. 2021-ci ilin 10 ayı ərzində suvarmanı tələb olunan səviyyədə həyata keçirmək üçün idarə tərəfindən tədbirlər planına uyğun olaraq işlər yerinə yetirilib. Belə ki, kənd təsərrüfatı bitkilərinin suvarılmasını həyata keçirmək məqsədilə kanalların su limitləri təsdiq edilib, dövlət təsərrüfatlarının, fermerlərin, digər sudan istifadə edən qurumların və şəxslərin suya olan tələbatını təmin etmək üçün lazım olan bütün işlər görülüb.