İQTİSADİYYAT


Salyanda əkinlərin vaxtında suvarılması üçün qabaqcadan mühüm tədbirlər görülüb

Salyanda əkin sahələrinin su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılması məqsədilə görülən işlər mütəmadi olaraq davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Salyanda 45897 hektar suvarılan əkinəyararlı torpaq sahəsi var. Salyan Suvarma Sistemləri İdarəsi suvarma suyunun tələbatçılara vaxtında, itkisiz verilməsi, məhsuldarlığın əvvəlki illərə nisbətən artırılması üçün lazımi işləri həyata keçirir.