SİYASƏT


Corc Dik: İsrail-Azərbaycan münasibətləri strateji xarakter daşıyır

İsrail Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. Ölkələrimiz arasında diplomatik münasibətlərin tarixi 30 il bundan əvvələ gedib çıxır. İsrail-Azərbaycan münasibətləri strateji xarakter daşıyır.AZƏRTAC xəbər verir ki, bu fikirləri İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Dik dekabrın 3-də keçirilən mətbuat konfransında deyib.