Nazir müavini: Noyabrın əvvəlində Azərbaycan biznes dairələrinin Almaniyaya səfəri gözlənilir
06.10.2026 [12:36]
Xəbərin mətni
Alman-Azərbaycan Xarici Ticarət Palatası və Alman İqtisadiyyatının Şərq Komitəsi ölkələrimizin şirkətlərini bir araya gətirməkdə, qarşılıqlı maraq kəsb edən birgə fəaliyyət və təşəbbüsləri irəlilətməkdə mühüm rol oynayır. Almaniya və Azərbaycan arasında ikitərəfli biznes əlaqələrinin möhkəmləndirilməsi istiqamətində davamlı səyləri yüksək qiymətləndiririk. Bu sözləri iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Alman-Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransındakı çıxışında deyib.