MƏDƏNİYYƏT


Birgə və Sağlam ictimai birliyinin əlilliyi olan insanların Beynəlxalq günü münasibəti ilə yeni layihəsi

1992-ci ildə BMT Baş Məclisi dekabrın 3-nü "Əlilliyi olan insanların Beynəlxalq günü" kimi qeyd olunması haqqında Bəyannamə qəbul etmişdir. Bu günün məqsədi cəmiyyəti əlillik problemlərinin həllinə cəlb etmək, əlilliyi olan bütün insanların hüquqlarını qorumaqdır. İndi dünya əhalisinin təxminən 10 faizini fiziki cəhətdən məhdudiyyətli insanlar təşkil edir.Birgə və Sağlam ictimai birliyinin autizm spektr pozuntulu üzvlərindən ibarət “Mavi Ürəklər” xor qrupu “Əlilliyi olan insanların Beynəlxalq günü” ilə əlaqədar söz və musiqisi Arzu Səmədqızına aid olan “Eşidin Səsimi” mahnısını təqdim edir. Diqqətinizə çatdıraq ki, mahnını Nuray Eynallı və autizmli şəxslər olan Əlisahib Bayramov, Kənan Məmmədov ilə Ayxan Quluzadə səsləndirib.Bu video ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAlD) və "The Black Sea Trust for Regional Cooperation" qurumlarının maliyyə və təşkilati dəstəyi ilə "Hər Kəs Üçün Bərabər Təhsil Hüquqları" lahiyəsi çərçivəsində hazırlanıb.