Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Turizm imkanlarını genişləndirən yol

07.12.2021 [12:41]

Quba-Qonaqkənd avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Prezidentin Sərəncamına əsasən, 68 min əhalinin yaşadığı 66 yaşayış məntəqəsini birləşdirən və 46 km uzunluğa malik avtomobil yolunun yenidən qurulması yekunlaşıb.İcra olunan iri miqyaslı yol infrastrukturu layihəsi vətəndaşların rahat gediş-gəlişinin təmin olunması, yük və sərnişindaşımanın rahatlaşması ilə bərabər bölgədə kənd təsərrüfatı, turizm və sənayenin birbaşa inkişafına səbəb olub. Quba-Qonaqkənd avtomobil yolu keçdiyi ərazinin relyefinə uyğun olaraq III və IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulub. Müvafiq olaraq yolun torpaq yatağı 12 və 10 metr, hərəkət hissəsi isə 7 və 6 metr təşkil edir.