SİYASƏT


YAP və AK Parti sədrlərinin müavinləri İstanbulda birgə mətbuat konfransı keçiriblər

Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə səfəri davam edir. YAP nümayəndə heyətinə Milli Məclisin deputatı Ramil Həsən daxildir.AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində dekabrın 7-də YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) Sədrinin birinci müavini Numan Kurtulmuş birgə mətbuat konfransı keçiriblər.