MƏDƏNİYYƏT


Səhnəmizin sönməz ulduzu

Azərbaycan teatrında bir sıra əvəzolunmaz aktrisalar var ki, zaman keçdikcə onlar daim teatr tarixində əbədi olaraq qalacaqlar. Belə sənətkarlar səhnədə bir sıra möhtəşəm, yaddaşlardan silinməyən obrazlar qalereyası yaradıblar. Onlar nəinki özləri iştirak etdikləri tamaşalarda, hətta iştirak etmədikləri tamaşalarında müvəffəqiyyətinə seviniblər. Bütün tamaşaların uğurlu alınmasında ürəkdən çalışıblar. Belə sənətkarlardan biri də Mərziyə Davudova idi.AZƏRTAC xəbər verir ki, bu gün Azərbaycanın görkəmli teatr və kino aktrisası, Xalq artisti Mərziyə Davudovanın anadan olmasından 120 il ötür.