İQTİSADİYYAT


Rüfət Elçiyev: Qablaşdırma vasitələrinin istehsalı müəssisəsi zərurətdən yarandı

Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və qızları Leyla Əliyevanın iştirakı ilə dekabrın 6-da "Quba ABAD Factory" qablaşdırma vasitələrinin istehsalı müəssisəsinin açılışı olub. "Quba ABAD Factory" qablaşdırma vasitələrinin istehsalı müəssisəsi “ABAD”ın Qubada ikinci, ümumilikdə isə üçüncü fabrikidir.“ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, müəssisənin yaradılmasında əsas məqsəd yeni sahibkarlıq subyektinin fəaliyyətə başlaması ilə məşğulluğa əlavə töhfə verməkdir.