İQTİSADİYYAT


Bu gün Bakıda “Gənc sahibkarların II forumu” keçirilib

Dekabrın 10-da Bakı Konqres Mərkəzində Gənclər və İdman Nazirliyinin, Azərbaycan Gənclər Fondunun, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və KOBİA yanında İctimai Şuranın təşkilatçılığı ilə Gənc Sahibkarların II Forumu keçirilib. Tədbirdə müvafiq dövlət qurumlarının və gənclər sahəsində fəaliyyət göstərən ictimai təşkilatların nümayəndələri, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olan və bu sahəyə maraq göstərən gənclər iştirak ediblər.