İQTİSADİYYAT
Tovuzlu fermerə bir inəyə görə 5360 manat sığorta ödənişi edildi
11.12.2021 [09:50]
Xəbərin mətni
Tovuz rayonunun Alakol kəndində fermer Ədalət Əsgərova məxsus heyvandarlıq təsərrüfatına dəyən zərər Aqrar Sığorta Fondu tərəfindən qarşılanıb.AZƏRTAC xəbər verir ki, fermer bir neçə ay əvvəl təsərrüfatındakı südlük cins inəkləri aqrar sığorta vasitəsilə 3 il müddətinə sığortalayıb. Aqrar sığorta qaydalarına əsasən fermer hesablanmış sığorta haqqının yalnız 50 faizini ödəyib, qalan 50 faizini isə dövlət ödəyib.