Kühül dağında yeni alpinist marşrut yaradılır
13.12.2021 [12:30]
Camaat arasında Razin dağı adıyla tanınan Bakıxanov qəsəbəsində yerləşən Kühül dağında Ekoturizm Assosiasiyasının nümayəndələri, alpinistlər və bir qrup könüllülərin iştirakı ilə tədbir keçirilib. Beynəlxalq Dağlar günü ilə əlaqədar keçirilən tədbirdə dağın və mağaranın ərazisində təmizlik işləri aparılıb, alpinistlər tərəfindən yeni dağa dırmanma avadanlıqları quraşdırılıb. Alpinist İsrafil Aşurlunun sözlərinə görə, Kühül dağında yeni apinist marşrutu salınacaq.