İDMAN


İdman sahəsində “İlin qalibləri-2021” layihəsinin mükafatçıları müəyyənləşib

İdman Araşdırmalar Mərkəzinin “İlin qalibləri-2021” layihəsinin mükafatçıları müəyyənləşib.AZƏRTAC xəbər verir ki, qaliblərin adları Bakı Olimpiya Stadionunda keçirilən tədbirdə açıqlanıb.Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov “İlin idman xadimi” seçilib. “Qarabağ” klubunun hücumçusu Abdullah Zubir “İlin əcnəbi futbolçusu”, “Neftçi”nin heyətində çıxış edən Emin Mahmudov “İlin futbolçusu” nominasiyalarında fərqləniblər. Titullu karateçimiz İrina Zaretska “İlin idmançısı” olub.