Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tağıyev - Sumqayıt avtomobil yolu 4 zolağa genişləndirilir

14.12.2021 [15:28]

Xəbərin mətni

Hacı Zeynalabdin Tağıyev - Sumqayıt avtomobil yolu 4 zolağa genişləndirilir. Layihə çərçivəsində “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi tərəfindən tikinti işlərinə start verilib.
Dövlət Agentliyindən verilən məlumata görə, layihə üzrə H.Z.Tağıyev - Sumqayıt avtomobil yolunun 4 zolağa genişləndirilən hissəsinin uzunluğu 13.7 km təşkil edir. Tikinti işləri nəticəsində yolun mövcud eni 15 m-dən 23-25 m-ə, hərəkət hissəsinin eni isə 7-10 m-dən 15 m-ə qədər genişləndiriləcək.

Bölmənin digər videoları